AZ

UEFA ÇL: Liqa mərhələsinə yüksələn son komandalar bəlli olacaq

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutacaq.

"Qarabağ" klubu "Ferentsvaroş"u saat 20:45-də, "Benfika" klubu "Fənərbağça"nı, "Brügge" klubu "Reyncers"i, "Kopenhagen" isə "Bazel"i Bakı vaxtı ilə saat 23:00-da qəbul edəcək.

Dünən ilk oyun günündə isə üç görüş keçirilib. Qeydə alınmış nəticələri təqdim edirik:

"Kayrat" - "Seltik" - 0:0 (penaltilərdə - 3:2) (ilk oyun - 0:0);

"Pafos" - "Srvena Zvezda" - 1:1 (2:1);

"Şturm Qraz" - "Budyo Qlimt" - 2:1 (0:5).

Xatırladaq ki, qitənin ən güclü 29 klubu birbaşa Liqa mərhələsində çıxış etmək hüququ əldə edib.

27 avqust

UEFA Çempionlar Liqası

Pley-off

Saat 20:45, "Qarabağ" - "Ferentsvaroş" (ilk oyun - 3:1);

Saat 23:00, "Benfika" - "Fənərbağça" (ilk oyun - 0:0);

Saat 23:00, "Brügge" - "Reyncers" (ilk oyun - 3:1);

Saat 23:00, "Kopenhagen" - "Bazel" (ilk oyun - 1:1).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
oxu.az

1Mənbələr