Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hələlik İranın İsrail və ABŞ-ın zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərini təftiş etməyəcək.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Agentliyin məlumatına görə, tərəflər hələlik yekun razılığa gəlməyiblər, lakin diplomatlar onun bağlanmasını gözləyirlər. Razılaşmanın şərtlərinə görə, AEBA-nın təftişləri yalnız İslam Respublikasında vurulmamış nüvə obyektlərinə təsir edəcək.
Çərşənbə axşamı günü AEBA-nın baş direktoru Rafael Qrossi deyib ki, agentlik müfəttişlərinin birinci qrupu İrana qayıdıb və İslam Respublikasının nüvə obyektlərində işi bərpa etməyə hazırlaşır.