Badımcan, bolqar bibəri, pomidor və banan botanika baxımından giləmeyvə kimi təsnif edilir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Qidalanma və Biotexnologiya üzrə Federal Tədqiqat Mərkəzinin yaşa bağlı nutrisiyologiya laboratoriyasının rəhbəri Yekaterina Pırayeva məlumat verib.
Mütəxəssisin sözlərinə görə, botaniki təsnifata əsasən giləmeyvə — bir çiçəkdən əmələ gələn, şirəli ətə və içərisində çoxlu toxuma malik olan meyvədir.
“Pomidor, banan, badımcan və bibər - bunların hamısı meyvə quruluşuna görə giləmeyvə sayılır,” - deyə o vurğulayıb.