AZ

"SpaceX" 120 metrlik "Starship" sistemini işə saldı

Avqustun 27-də Bakı vaxtı ilə saat 03:30-da Amerikanın "SpaceX" şirkəti "Starship" nəqliyyat sistemini işə sala bilib.

Publika.az xəbər verir ki, bu, Cənubi Texasdakı Boka Çika yaxınlığındakı "Starbase"də baş tutan 10-cu buraxılış olub.

Canlı yayım "SpaceX" tərəfindən təmin edilib. Həmin kadrlarda yerdən uğurla qalxaraq kosmosa gedən ağır yük daşıyan daşıyıcının uğurla hərəkət etdiyi görünür.

"Son uçuş, şübhəsiz ki, "SpaceX" üçün böyük bir irəliləyiş oldu", - ekspertlər deyiblər.

Seçilən
33
16
publika.az

10Mənbələr