AZ

Nemanya Matiçin yeni klubu AÇIQLANDI

"Çelsi" və "Mançester Yunayted"in sabiq futbolçusu Nemanya Matiçin yeni klubu bəlli olub.

Bizim.Media xəbər verir ki, İtaliyanın “Sassuolo” klubu təcrübəli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb. Bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

37 yaşlı serbiyalı futbolçu İtaliya təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, Matiç 2024/2025 mövsümündə Lion “Olimpik”ində çıxış edib. O, bütün turnirlərdə 39 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizim.Media

Seçilən
101
1
bizim.media

2Mənbələr