AZ

Pezeşkian Çinə gedir

İran Prezidenti Məsud Pezeşkian sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatı Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün Çinə səfər edəcək.

 

Senzor.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məlumat verib.

 

O bu səfərin Prezidentin son bir ildə Çinə ilk səfəri olacağını və əlavə detalların Prezident Aparatı tərəfindən açıqlanacağını bildirib.

 

Seçilən
10
2
senzor.az

3Mənbələr