AZ

Xəzərdə güclü zəlzələ oldu - Bakıda da hiss olundu

Xəzər dənizində zəlzələ olub.

 

Zəlzələnin mərkəzi Dağıstan respublikasının İzberbaş şəhəri yaxınlığında, 66 km dərinlikdə olub.

 

Yerli vaxtla saat 00:33-də baş verən zəlzələnin 5.3 bal gücündə olduğu bildirilir.

 

Zəlzələ Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir çox ərazilərində o cümlədən Xankəndi, Ağdam, Füzuli, Şabran, Gəncə, Nabran, Oğuz, Xaçmaz kimi rayonlarda da hiss olunub.

Tarix: 27 Avqust 2025, 01:31   
Seçilən
42
2
pravda.az

5Mənbələr