AZ

Qazaxıstanda tarixi gecə

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

İlk qarşılaşma Qazaxıstanda baş tutub. “Kayrat” və “Seltik” ilk oyunda olduğu kimi, bu dəfə də qalibi müəyyənləşdirə bilməyiblər. Qalib penalti seriyasında turnirin final mərhələsinə yüksəlib. Qazaxıstan çempionu qələbə qazanaraq, tarixində ilk Çempionlar Liqasının həlledici mərhələsinə vəsiqə qazanıb.

Eyni uğura “Pafos” da imza atıb. Kirplilər iki oyunun nəticəsinə görə, “Srvena Zvezda”nı mübarizədən kənarlaşdırıraq, tarixi uğura imza atıblar. “Bodo Qlimt” isə “Şturm Qrats”dan güclü olub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

26 avqust

Kayrat (Qazaxıstan) – Seltik (Şotlandiya) 0:0 pen. 3:2

İlk oyun – 0:0

Pafos (Kipr) – Srvena Zvezda (Serbiya) 1:1

İlk oyun – 2:1

Şturm Qrats (Avstriya) – Bodo Qlimt (Norveç) 2:1

İlk oyun – 0:5

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
qafqazinfo.az

2Mənbələr