AZ

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə avqustun 27-si t saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Cebheinfo.az" 

Seçilən
38
34
cebheinfo.az

10Mənbələr