AZ

Tbilisi meri: Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə açarsa, Qərb silah göndərə bilər

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Qərb ölkələri Rusiyaya qarşı "ikinci cəbhə" açacağı təqdirdə, Gürcüstana silahlar göndərəcəklərinə dair söz veriblər".

Oxu.Az-ın "Pirveli" telekanalına istinadla verdiyi xəbərə görə, bunu Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Ölkəni ikinci cəbhəyə çəkmək məqsədilə birbaşa baş nazirin aparatına hədələr, şantaj və təhqirlər göndərilib. "Biz sizə hər şeydə kömək edəcəyik", "sizi müvafiq təchizatla təmin edəcəklər" və sairə sözlər verilir. Təbii ki, bunun sübutu var", - deyə o vurğulayıb.

Kaladze xüsusilə Gürcüstanın danışıqlara başlamağa və Avropa İttifaqına üzv olmağa hazır olduğunu qeyd edib.

Eyni zamanda o qeyd edib ki, Avropa hazırda vizasız rejimi dayandırmaqla Gürcüstanı şantaj edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
oxu.az

3Mənbələr