Belçika sentyabrda F-16 qırıcılarını Ukraynaya təhvil verəcək.
Bu barədə Odessada Ukrayna ilə Belçika, Niderland və Lüksemburq arasında keçirilən görüşdən sonra Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib.
“Gələn ay sizə bir neçə F-16 verəcəyik”, - deyə Prevost bildirib.
Nazir əlavə edib ki, Belçika həmçinin Ukraynaya iqtisadi dəstək üçün 20 milyon avro ayıracaq, 2029-cu ilə qədər Qara dənizdə minalardan təmizləyici gəmilər təqdim edəcək, həmçinin qeyri-müəyyən sayda pilotsuz təyyarələr təhvil verəcək.
"Cebheinfo.az"