AZ

Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayır

Mikayıl
Ölkəmizin strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında təbii açar və körpü rolunu oynaması bir sıra iqtisadi layihələrin həyata keçirilməsində əvəzedilməz rol oynayır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
Ölkəmizin belə bir mövqe qazanmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, milli maraqların qorunması yolunda nümayiş etdirdiyi qətiyyət və beynəlxalq nüfuzu nəticəsində nail olunub.

Dövlətimizin bu tarixi nailiyyətlərinin əldə edilməsində cənab Prezidentin ən yaxın silahdaşı, Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rolu danılmazdır. Mehriban xanım Əliyevanın dünyada Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin beynəlxalq nüfuzunun formalaşdırılmasında, Azərbaycanın milli maraqlarının qorunması ilə şərtləndirilən sülh gündəliyinin bölgədə bərqərar olunmasında rolu əvəzsizdir.

Seçilən
25
9
1news.az

10Mənbələr