AZ

Mehriban Əliyevadan doğum günündə uşaqlara SÜRPRİZ - FOTO

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər keçirilib.

Bizim.Media xəbər verir ki, şənliklərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları, eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyac duyan uşaqlar iştirak ediblər.

İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyunlara, ustad dərslərinə qatılıb, rəqslərə qoşulublar.

İsti yay günündə uşaqlar həm də hovuzda doyunca əylənib, müxtəlif oyunlarda, o cümlədən köpük şouda iştirak ediblər.
 

Günboyu davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar süfrəsi də təşkil olunub.
Ad günləri bugünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.


Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.








































































Bizim.Media

Seçilən
37
5
bizim.media

6Mənbələr