AZ

Yanğınlar Avropa İttifaqında 1 milyon hektardan çox meşə sahəsini məhv edib

Yanğınlar Avropa İttifaqında (Aİ) 1 milyon hektardan çox meşə sahəsini məhv edib, bu, 2006-cı ildə rəsmi hesablamaların başlanmasından bəri ən yüksək göstəricidir.

Bu barədə Reuters agentliyi Avropa İttifaqının Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatlarına istinadən xəbər verib.

“Çərşənbə axşamı [26 avqust] tarixinə olan məlumata görə, Aİ-də ümumilikdə 102,8 milyon hektar ərazi yanğınlar nəticəsində məhv edilib - bu, Kiprdən daha böyük ərazidir.

Agentliyin məlumatına görə, bundan əvvəlki rekord 2017-ci ildə, Avropada meşə yanğınlarının sahəsi təxminən 998 min hektar təşkil etdiyi vaxt qeydə alınıb.

Seçilən
23
aznews.az

1Mənbələr