AZ

"Komandamız onların taktiki sxeminə uyğun şəkildə hərəkət edib, onları üstələməyi bacaracaq" -Ekspertdən ŞƏRH

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Redaktor.az-a danışan idman eksperti Fuad Eldarov bildirdi ki, "Ferentsvaroş" Bakıdakı oyununda taktiki sxemi dəyişəcək.

"Əminliklə deyə bilərəm ki, komanda artıq hücuma meyilli futbola üstünlük verəcək, buraxılan o iki cavabsız topu kompensasiya eləsin və hesabı iki oyunun ümumi nəticəsinə görə bərabərləşdirsin. Əlbəttə ki, bu oyun uzatmalara,  penaltilərə gedə bilər, bunu da biz istəmirik. Biz istəyirik ki, elə 3:1 hesabı Bakıdakı oyunda da qorunsun, hətta artırılsın 4:1, 5:1 və yaxud da 5:2. Tam bilmirəm, hesab nədən ibarət olar".

Müsahibimizin fikrincə, Bakıdakı oyunda da “Ferentsvaroş” klubu qol vurmağı bacaracaq:

"Amma komandamız da təbii ki, onların taktiki sxeminə uyğun şəkildə hərəkət edib, onları üstələməyi bacaracaq. Uğurlar arzulayıram “Qarabağ”a və, inşallah, cavab oyunundan sonra biz komandamızı UEFA Çempionlar Liqasının əsas mərhələsində görəcəyik", - deyə F.Eldarov vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
12
redaktor.az

1Mənbələr