AZ

Arıqlamada ölümcül təhlükə:Sibutramin

İnternet üzərindən “bitki mənşəli” adı ilə satılan arıqlama məhsullarında bütün dünyada qadağan olunmuş sibutramin maddəsi aşkarlanıb. Bu maddə ani ölüm, infarkt və iflic riskini artırır.

Redaktor.az bu barədə "HaberGlobal"a istinadla xəbər verir.

Farmakologiya üzrə mütəxəssis Prof. Dr. Tayfun Uzbay bildirib ki, sibutramin dopamin, serotonin və noradrenalinin təsirini gücləndirir, iştahı azaltsa da, yüksək təzyiqə, beyin damar pozğunluqlarına, ürək tutmasına və insultlara səbəb ola bilər.

Uzbay problemin əsas qaynağını nəzarət boşluğu ilə əlaqələndirib: “Bu əlavələr Kənd Təsərrüfatı Nazirliyi tərəfindən asanlıqla təsdiqlənir. Halbuki səlahiyyət mütləq Səhiyyə Nazirliyinə verilməli, qadağalarla yanaşı ciddi cəzalar da tətbiq olunmalıdır”.

O, həmçinin "bitki tərkibli" ifadəsinin aldatmaca olduğunu vurğulayıb: “Bitki mənşəli olması zərərsiz demək deyil. Üzərində "dərman deyil" yazılsa da, sağlamlıq üçün satılır. Bu isə insan həyatı üçün təhlükəlidir. Bir ayda 10-15 kiloqram itirmək normal deyil. İstənilən qida əlavəsi və ya dərman yalnız endokrinoloq və diyetoloqun nəzarəti altında qəbul edilməlidir. Özbaşına istifadə çox ağır nəticələr doğura bilər”.

Nuriyyə NATİQQIZI

Seçilən
2
1
redaktor.az

2Mənbələr