AZ

Makronun istefası təklifi parlamentə təqdim ediləcək

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada "Təslim olmayan Fransa" partiyası sentyabrın 23-də Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim etmək niyyətindədir.

Bu barədə partiyanın lideri Jan-Lük Melanşon "France Inter” radiostansiyasının efirində bildirib.

"Bir il əvvəl biz prezidentin istefası məsələsini qaldırmışdıq. Biz sentyabrın 23-də bu addımı yenidən atacaq və Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim edəcəyik", - o qeyd edib.

2024-cü ildə "Təslim olmayan Fransa" artıq Makrona qarşı impiçment prosedurunu başlatsa da, bu, uğursuz olub. Həmin vaxt Milli Assambleyanın qanunvericilik komissiyası prezidentin hakimiyyətdən uzaqlaşdırılması haqqında qətnaməni 15 səs lehinə, 54 səs əleyhinə olmaqla rədd edib.

\report

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
10
azxeber.com

10Mənbələr