AZ

MİQ-də müsahibə mərhələsi BAŞA ÇATDI

Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsahibə mərhələsi başa çatıb.

Hafta.az xəbər verir ki, Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin məlumatına görə, 26 avqust müsahibə mərhələsinin son günü olub.

26 avqust tarixində kimya, ingilis dili və tarix fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrin dördüncü gününə 285 nəfər dəvət olunub.

Qeyd edək ki, ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqustun 20-dən 26-dək davam edib.

Müsahibələrin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetinə göndəriləcək.

Seçilən
37
3
hafta.az

10Mənbələr