AZ

Litvanın paytaxtında etirazçılar küçəyə axışdı

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Litvanın paytaxtı Vilnüsdə yeni hakim koalisiyaya qarşı kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar parlament binasının qarşısına toplaşıblar.

Bakupost.az xəbər verir ki, Bu barədə "Sputnik Litva" Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, hazırda Vilnüs küçələrinə səkkiz mindən çox insan çıxıb. Onların hamısı hazırkı hakimiyyətin, xüsusilə də hakim koalisiyanın fəaliyyətindən narazıdır.

Xatırladaq ki, koalisiyaya üç partiya daxildir: Sosial-demokratik partiya, Litva Kəndlilər və Yaşıllar İttifaqı, həmçinin "Nemanın Səhəri".

Etirazçılar xüsusilə sonuncu partiyanın koalisiyada iştirakına etiraz edirlər.

Çünki bu partiyanın lideri Remigius Jemaytaitis bir sıra qalmaqallarda adı hallanan şəxsdir.

Ayxan,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
www.bakupost.az

1Mənbələr