AZ

Yasamalda içməli su təchizatı yaxşılaşdırılır

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Bakının Yasamal rayonunda əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən işlər həyata keçirilir. İstehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı sularının axıdılması xidmətləri idarə tərəfindən müntəzəm icra olunur. AYNA.AZ xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Məlumata görə, rayon ərazisində içməli su şəbəkəsinin ümumi uzunluğu 348 kilometrdir. İdarənin balansında 32 ədəd su nasos stansiyası və 19 ədəd su anbarı fəaliyyətdədir. Ümumi abonent sayı 114939 nəfərdir ki, bundan 108244 nəfər əhali, 6695-isə qeyri-əhalidir. Rayonda sayğaclaşma faizi 94 faiz təşkil edir. İdarə tərəfindən rayon ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılır.

Sukanal idarəsi tərəfindən rayon ərazisində ilin əvvəlindən 1094 paqon metr müxtəlif diametrli yeni su xətti çəkilib, 624 paqon metr su xətti isə təmir olunub. Habelə yaşayış binalarının zirzəmisində 797 paqon metr kanalizasiya xətti dəyişdirilib, 154 paqon metr isə təmir olunub. Bundan başqa məhəllədaxili su nasos stansiyalarında 3 ədəd yeni nasos quraşdırılıb, 24 ədəd nasos və 1 ədəd elektrik mühərriki təmir olunub. Həmçinin 11 ədəd su anbarı yuyularaq dezinfeksiya olunub, ümumilikdə 109071 abonent su ilə təmin edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
22
ayna.az

10Mənbələr