AZ

Ukrayna sərhədçiləri ruslara “tələ” qurdu: İki gündə 15 rus hərbçisi əsir düşdü

ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Sərhəd Xidməti Rusiya tərəfindən sərhəddi keçərək, ölkə ərazisində təxribat törətmək istəyən işğalçıların qarşısını alıb. Tribunainfo.az xəbər verir ki, Pokrovski istiqamətində sərhəd komendantının çevik reaksiyası zamanı Ukrayna Dövlət Sərhəd Xidmətinin Çerniqov dəstəsinin əsgərləri Rusiyanın hücumunu dayandırıb və doqquz işğalçını əsir götürüb.

Məlumatda bildirilir ki, ruslar kiçik qruplarla hücuma keçməyə cəhd göstəriblər. Onların arasında həm fanatik Kreml təbliğatının tərəfdarları, həm də sırf pul uğrunda vuruşan muzdlular olub”.

Xatırladaq ki, iki gün öncə Ukrayna Dövlət Sərhəd Xidməti rusların daha bir hücumunu dəf edərək, 6 rusiyalını əsir götürmüşdülər.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr