AZ

Si Cinpin: “Ədalətli dünya nizamı qurulmalıdır”

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, ÇXR-in sədri Si Cinpin Pekinə səfərə gəlmiş Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodini qəbul edərkən belə deyib. “Pekin və Moskva “əsl çoxtərəfliliyi” dəstəkləməli, daha ədalətli və rasional beynəlxalq nizamın inkişafına kömək göstərməlidirlər”, - Çin lideri vurğulayıb. Xatırladaq ki, Çin rəhbərliyinin Rusiya-Ukrayna müharibəsində açıq-aşkar Moskvanı dəsətəkləməsi rəsmi Kiyevdə və onun qərbli müttəfiqlərində narazılıq doğurur. Digər tərəfdən, Çinin qlobal miqyasda ən əsas iqtisadi-siyasi və hərbi rəqibə çevrilməsi Vaşinqtonu ciddi şəkildə narahat edir. Bu reallıqlar fonunda Pekin Rusiya-Çin tandeminin daha da möhkəmləndirilməsində daha israrlıdır. Belə ki, Rusiyanın məğlub olacağı halda sonrakı hədəf kimi məhz Çinin seçiləcəyini Pekin çox yaxşı anlayır. Yeri gəlmişkən, kollektiv Qərb özü də bunu açıq-aşkar bəyan edir. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azvision.az

2Mənbələr