AZ

“Hizbullah” şərtlərini açıqladı: “Biz heç vaxt təslim olmayacağıq”

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Əgər "Hizbullah"ın silahlarının təhvil verilməsi tələb olunursa, o halda İsrail Livan ərazisindən çıxmalı, hücumları dayandırmalı, məhbusları azad etməli və yenidənqurma işlərinə başlamalıdır”.

Ölkə.Az xəbər verir ki, bunu “Hizbullah” lideri Naim Qasim televiziya vasitəsilə çıxışında deyib. O, dövlətin əlində silahların cəmlənməsi və təşkilatın tərksilah edilməsinə dair təkliflərə münasibətini açıqlayıb.

Qasim vurğulayıb ki, İsrail Livanda qala bilməyəcək və öz genişlənmə layihəsini Livan üzərindən həyata keçirə bilməz. Onun sözlərinə görə, hökumətin silahların dövlət nəzarətinə verilməsi qərarı konstitusiyaya ziddir.

ABŞ-ın mövqeyini də dəyərləndirən “Hizbullah” lideri qeyd edib ki, Vaşinqtonun Livanla bağlı siyasəti etibarlı deyil və ölkə üçün təhlükə yaradır.

Qeyd edək ki, İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi beş strateji təpəni işğal altında saxlamaqda davam edir.

Qasim əlavə edib ki, hökumət ordunu silahlandırmalı və İsrailin Livandan çıxarılması məsuliyyətini məhz ordu üzərinə qoymalıdır:

“Bizi İsraildən qoruyan silahlarımızdan heç vaxt əl çəkməyəcəyik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
olke.az

2Mənbələr