Amerikalı siyasətçi Valentina Qomez “X” sosial media hesabında qalmaqallı video yayımlayıb.
Publika.az xəbər verir ki, o, Qurani-Kərim kitabını yandıraraq müsəlmanları hədələyib.
Qomez İslama qarşı sərt ifadələr işlədib: “İslamı tamamilə kökündən silməsək, qızlarınız cinsi istismara məruz qalacaq, oğullarınızın isə başları kəsiləcək”.
Kolumbiyalı mühacir olan Qomez bildirib ki, ABŞ xristian ölkəsidir və müsəlmanlar bura gəlməməlidir: "ABŞ xristian ölkəsidir, buna görə də terrorçu müsəlmanlar 57 müsəlman ölkəsindən istənilən birinə gedə bilərlər. Yalnız bir həqiqi Tanrı var, o da İsrailin Tanrısıdır”.