AZ

Rusiyada kömür sənayesində böhran - 17 müəssisə fəaliyyətini dayandırıb

Rusiyanın Kemerovo vilayətində kömür sənayesindəki böhran səbəbindən 17 müəssisə fəaliyyəti dayandırılıb.

Bu barədə vilayətin qubernatoru İlya Seredyuk mətbuat konfransında bildirib.

Eyni zamanda, o qeyd edib ki, işçilər isə bağlanan istehsalatların daxil olduğu holdinqlərin digər müəssisələrinə yenidən bölüşdürülüb.

Onun sözlərinə görə, problemlər Qərb sanksiyaları və dünya kömür qiymətlərinin aşağı düşməsi ilə bağlıdır.

Regionda kömürün çıxarılması və zənginləşdirilməsi üzrə 151 müəssisə mövcuddur.
Seçilən
18
6
7news.az

7Mənbələr