"Azərxalça” ASC növbəti tenderini keçirib. Tribunainfo.az xəbər verir ki, dünən bunun nəticələri açıqlanıb.
Məlum olub ki, "Azərxalça” tədbirlər üçün mal-materialların satın alınmasını reallaşdıracaq. Bunun üçün isə "ADMEDİA.AZ” MMC ilə 73 min 638 manat 49 qəpik dəyərində müqavilə bağlanılıb.
Rəsmi açıqlamadda qeyd edilir ki, ASC bu pulun əsas hissəsini 10 ədəd kresloların kirayə götürülməsinə, 500 ədəd açıqçanın və 2000 ədəd bukletin çapöına sərf edəcək. Bundan başqa, səhnə tərtibatı və digər işlər də görüləcək.
Xatırladaq ki, "Azərxalça” ASC ötən il də analoji tərbi keçirib. Tribunainfo.az açıq mənbələrə istinadən xəbər verir ki, tədbirlər üçün mal-materialların satın alınması prosesini qurum ötən ilin iyununda reallaşıdırıb. Bu zaman "ELCOM” MMC ilə anlaşıb. Həmin müqavilənin dəyəri isə 105 min 231 manat 93 qəpik təşkil edib.
Qarşı tərəfi də dinləməyə hazırıq.