AZ

Laçında “MDB ölkələrinin beynəlxalq kino günləri” və gənclər düşərgəsi keçirilir – FOTO

Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə avqustun 26-da Laçın şəhərində “MDB ölkələrinin beynəlxalq kino günləri” və “MDB ölkələrinin gənclər düşərgəsi” keçirilir. Layihə 26 avqust – Laçın Şəhəri Gününə həsr olunub.

Doğru.az xəbər verir ki, Şəhər Günü münasibətilə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim ediləcək.

Gənclər düşərgəsində Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak edir. Düşərgədə iştirakçılar yaradıcı sənaye sahələrində 4 mövzu üzrə işçi qruplarda müzakirələr aparacaq, birgə layihə ideyalarını hazırlayıb təqdim edəcəklər. Həmçinin pantomim, mobiloqrafiya, rəsm və keramika sahələrində ustad dərslərində iştirak edəcəklər.

Laçındakı mədəniyyət şöləninə rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi də rəng qatacaq. “MDB ölkələrinin beynəlxalq kino günləri” çərçivəsində isə iştirakçı respublikaların hərəsindən bir film Azərbaycan dilində alt yazı ilə nümayiş olunacaq.

Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il qərarına əsasən, Azərbaycan Respublikası Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhəri 2025-ci il üzrə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

DOĞRU.AZ

image-17561951484805450711_1200x630 image-1756195148721941630_1200x630 image-17561958153829218602_1200x630 image-1756195815703820547_1200x630 image-17561958151238650668_1200x630 image-17561958154012136142_1200x630

Seçilən
12
3
dogru.az

5Mənbələr