AZ

Bakıda orta illik inflyasiya 7%-ə yaxın olub

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106.9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-qida məhsulları üzrə 105,3 faiz təşkil edib.

Dövlət Statistika İdarəsindən verilən məlumata görə, bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5% bahalaşıb.

    Qeyd edək ki, cari ilin I yarımilində Bakıda orta illik inflyasiya 7% idi.

    Xatırladaq ki, Azərbaycanda istehlak qiymətləri indeksi cari ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.

    Seçilən
    22
    7
    banco.az

    8Mənbələr