AZ

Seyid Cəfər Pişəvərinin doğum günüdür

Seyid

Bu gün 1945-46-cı illərdə Güney Azərbaycan Milli Hökumətinə başçılıq edən Seyyid Cəfər Pişəvərinin doğum günüdür.

Gunaz.tv

Pişəvəri 1893-cü il avqustun 26-da Xalxal mahalının Zeyvə kəndində anadan olub. İlk təhsilini Xalxalda alandan sonra ailəsi ilə birlikdə Bakıya gəlib və burada təhsilini davam etdirib.

Bir müddət Ədalət firqəsinin mətbu orqanı olan “Hürriyyət” qəzetinin məsul redaktoru vəzifəsində işləyən Pişəvəri daha sonra İrana qayıdıb. 9 il Rza xanın əleyhinə mübarizə aparıb, 1930-cu ildə həbsə alınıb, 11 il Tehranda Qəsr Qacar zindanında saxlanıb.

1945-ci il sentyabrın 3-də Təbrizdə Pişəvərinin və onun yaxın silahdaşlarının iştirakı ilə yaradılmış Azərbaycan Demokrat Firqəsinin "21 Azər" inqilabının rəhbəri və təşkilatзısı olub. 1945-ci il dekabrın 12-də 21 Azər inqilabı qalib gəlib.

Cəmi bir il yaşamış Azərbaycan milli hökumətinin lideri Pişəvəri SSRİ-yə mühacirətə gəlməyə məcbur ediləndən sonra 11 iyul 1947-ci ildə Yevlaxda müəmmalı avtomobil qəzasında dünyasını dəyişib.

Seçilən
31
1
xalqcebhesi.az

2Mənbələr