AZ

Kəşfiyyat zabiti ölü halda tapılıb

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Abastumanda kəşfiyyat zabiti ölü halda tapılıb.

Gürcüstan mətbuatı xəbər verir ki, Müdafiə Nazirliyinin 4-cü briqadasının hərbi qulluqçusuna odlu silahla xəsarət yetirilib. Versiyalara görə, zabitə qarşı atəş xidməti silahdan açılıb.

Müdafiə Nazirliyində təsdiqləyirlər ki, həlak olan hərbçi Müdafiə Qüvvələrinin Şərq Komandanlığında xidmət edirdi, lakin əlavə edirlər ki, o, həmin vaxt məzuniyyətdə olub və xidməti vəzifəsini icra etmirdi.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır ki, bu da intihara qədər çatdırmanı nəzərdə tutur.

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
icma.az

2Mənbələr