AZ

Bakıda kafe-restoranlara ən çox pul xərclənən rayonların SİYAHISI

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə sektorunda müşahidə olunan canlanma kafe və restoranların dövriyyəsinə də əks olunub.

Paytaxtın ümumi iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7 % artaraq 864 milyon 262,5 min manata çatıb. Ən çox dövriyyə qeydə alınan rayon isə Səbail olub.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, Səbail rayonu 294 milyon 355,4 min manatlıq göstərici ilə siyahıda liderdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 % artım deməkdir.

İkinci yerdə 127 milyon 786,3 min manatlıq dövriyyə ilə Nərimanov rayonu qərarlaşıb. Burada artım tempi daha yüksək - 31,5 % təşkil edib. İlk üçlüyü isə 90 milyon 862,7 min manatla Nəsimi rayonu tamamlayır (+0,6 %).

Növbəti yerlərdə Yasamal (85 milyon 420,7 min manat, +12,7 %), Xətai (71 milyon 006,4 min manat, +17 %), Nizami (50 milyon 874,8 min manat, +19,4 %), Binəqədi (43 milyon 795,3 min manat, +10,8 %), Xəzər (33 milyon 272,9 min manat, +6,6 %), Qaradağ (24 milyon 868,6 min manat, +19,4 %) və Sabunçu (22 milyon 768,8 min manat, +21,5 %) rayonları qərarlaşıb.

Ən aşağı dövriyyə göstəriciləri Suraxanı (14 milyon 730,3 min manat, -10,1 %) və Pirallahı (4 milyon 520,3 min manat, +24,6 %) rayonlarında qeydə alınıb.

Ümumilikdə, Bakı şəhərinin iaşə sektorunda dövriyyənin 57 %-i hüquqi şəxslərin, 43 %-i isə fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslərin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 496,7 milyon manat təşkil edib.

"Cebheinfo.az" 

Seçilən
17
6
cebheinfo.az

10Mənbələr