AZ

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib » AzadMedia.az


Avstraliyanın İran səfirini çıxarmaq qərarından sonra rəsmi Tehran cavab tədbirləri görəcəyini vəd edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.

Məlumata görə, bu qərar Sidney və Melburnda hücumlarda Tehranın əli olması ittihamları fonunda qəbul edilib.

"İrəli sürülən ittihamlar tamamilə əsassızdır. Diplomatik səviyyədə hər hansı qeyri-münasib və əsassız hərəkətlər qarşılıqlı tədbirlərlə cavablandırılacaq", - o qeyd edib.

Daha əvvəl Avstraliyanın Baş naziri Entoni Albanez bildirib ki, ölkənin milli xüsusi xidmət orqanları İranın Sidneydəki restorana və Melburndakı sinaqoqa hücumla əlaqəsini müəyyən edib.

Onun sözlərinə görə, toplanmış məlumatlar Tehranın ölkədə azı iki anti-semit hücumu koordinasiya etdiyini təsdiqləyir. Bununla əlaqədar hökumət İran diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.
Seçilən
19
9
azadmedia.az

10Mənbələr