AZ

Yaşlı və ahıl insanlara bu xidmətlər göstərilə bilər – VACİB AÇIQLAMA

Bir sıra ölkələrdə yaşlılara mədəniyyət və istirahət xidmətləri (teatr, muzey, sanatoriya, turizm) üçün dövlət dəstəyi verilir. Bizdə belə sosial paketlər niyə tətbiq edilmir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, inkişaf etmiş ölkələrdə ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif proqramlar həyata keçirilir:

Pakistan

“Yaşlılara teatr, muzey, sanatoriya və turizm xidmətlərindən istifadə üçün güzəştlər təklif olunur, pensiyaların məbləği bu xidmətlərin istehlakını təmin edəcək səviyyədə müəyyənləşdirilir. Digər tərəfdən, bir çox ölkələrdə yaşlı nəslin bilik və təcrübəsini gənclərə ötürməsi üçün xüsusi proqramlar mövcuddur. Bu yolla ahıllar həm əlavə gəlir əldə edir, həm də gənc nəslin formalaşmasına töhfə verirlər”.

Ekspertin sözlərinə görə, Azərbaycanda isə vəziyyət fərqlidir:

“Təəssüf ki, bizdə daha çox zəruri ehtiyacların qarşılanması ön plandadır. Pensiya məbləği tam olaraq yaşlıların rifahını təmin etmir. Belə olan halda hökumətin digər istiqamətlərdə, mədəni xidmətlər və istirahət imkanları üçün dəstək mexanizmləri yaratmaq meyilləri zəifləyir. Azərbaycanda rifah anlayışı daha çox zəruri tələbat məhsulları və səhiyyə xidmətlərinin istehlakı üzərində qurulub. Halbuki, genişləndirilmiş rifah anlayışı mədəni xidmətlərə çıxış imkanlarını da əhatə etməlidir”.

Rəşad Həsənov əlavə edib ki, bu boşluğun aradan qaldırılması həm rifah göstəricilərini yüksəldə, həm də orta ömür səviyyəsinə və sağlam həyat tərzinin dəstəklənməsinə müsbət təsir göstərə bilər:

“Xüsusilə də ailə strukturlarının dəyişdiyi, yaşlıların daha çox yalnız yaşadığı dövrdə onların vaxtlarının səmərəli təşkili üçün yeni xidmətlərin yaradılması hökumətin sosial-siyasi konsepsiyalarında öz əksini tapmalıdır”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
21
1
konkret.az

2Mənbələr