AZ

Laçında "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə təşkil olunub

Avqustun 26-da Laçında Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən gənclərin iştirakı ilə "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə təşkil olunub.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığını bildirib.

Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərin inkişafının diqqətdə saxlanıldığını, gənclərin bu sahədə fəaliyyətinə dəstək verildiyini diqqətə çatdıran şöbə müdiri deyib: “Azərbaycan MDB ölkələri arasında mədəni əməkdaşlığın inkişafına öz töhfəsini verir, bu məqsədlə müxtəlif layihələr həyata keçirilir. Bu il "MDB-nin mədəniyyət paytaxtı" olan Laçında Şəhəri Günü çərçivəsində MDB ölkələrindan yaradıcı gənclərin bir araya gəlməsi bunun göstəricisidir. Bu qəbildən layihələr MDB ölkələrinin gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına töhfə verəcək”.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə və başqaları ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında danışıblar.

Tədbir diskussiya şəklində davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu sahədə reallaşdırılan layihələrdən söz açıblar.

Qeyd edək ki, Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

Seçilən
27
15
operativmm.az

10Mənbələr