AZ

Qum fırtınası ABŞ də hava limanına ziyan vurub

ain.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-nin Arizona ştatının Finiks şəhərində qum fırtınası baş verib. 41 mindən çox insan işıqsız qalıb, yerli Skay-Harbor Beynəlxalq Hava Limanı ziyan görüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yahoo News" nəşri məlumat verib.

Fırtına Finiksin mərkəzini vurub. ABŞ Federal Mülki Aviasiya Federal Administrasiyasının məlumatına görə, pis hava şəraiti səbəbindən hava limanı təyyarələrin uçuşunu yarım saatlıq dayandırıb. Üç reys təxirə salınıb, 104 reys gecikdirilib, bir reys başqa hava limanına yönləndirilib.

Aeroportun nümayəndəsi bildirib ki, binada sızmalar və digər dağıntılar qeydə alınıb, dəymiş ümumi ziyan qiymətləndirməsi davam edir. Xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
5
oxu.az

6Mənbələr