AZ

Ət yeyən parazit aşkarlandı: Ölkəyə qayıdan turistlərin qanına sızıb

ABŞ-də ilk dəfə insanda “ət yeyən parazit” aşkarlanıb.

E-saglam.az xəbər verir ki, El Salvadordan Merilend ştatına qayıdan bir turistin qanında “Yeni Dünya vida qurdu” adlı parazit tapılıb. Mütəxəssislər bildirirlər ki, bu parazit sürfələri canlı toxumalara daxil olur və sürətlə yayıla bilir.

ABŞ Səhiyyə Departamentinin sözçüsü Endryu Nikson ictimai panikaya ehtiyac olmadığını açıqlayaraq, “Hazırda bu hadisədən doğan sağlamlıq riski çox aşağıdır”, - deyib. Lakin həkimlər xəbərdarlıq edirlər ki, belə infeksiyalar insan həyatı üçün təhlükəli ola bilər.

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, bu qurdlar əsasən heyvanların ətinə girərək ziyan vurur, nadir hallarda isə insanlarda miiasis – yəni toxumalarda milçək sürfələrinin inkişafı xəstəliyinə səbəb olur.

Yeni Dünya vida qurdu əsasən Cənubi Amerika və Karib bölgəsində yayılıb. Son aylarda Meksikada mal-qara sürülərində və bəzi fermerlərdə bu parazitə rastlanması ABŞ-də narahatlıq yaradıb və sərhəd yoxlamaları gücləndirilib.

Hadisə avqustun 4-də “telediaqnostika” üsulu ilə təsdiqlənib. Xəstədən götürülən sürfə şəkilləri mütəxəssislər tərəfindən incələnib, lakin turistin son vəziyyəti barədə rəsmi açıqlama verilməyib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
4
e-saglam.az

1Mənbələr