AZ

Deputat: “Azərbaycan qadınları Mehriban xanımı örnək alırlar”

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə təbrik edirəm”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Mehriban xanım sözün əsl mənasında müasir Azərbaycan qadınını təmsil edir:

“O, işgüzar Azərbaycan qadının necə olmalı olduğunu çox gözəl göstərir. Yəni Mehriban xanım ailəsinə qayğı göstərməklə yanaşı, həm də uğurlu iş dünyasına sahibdir. O, cəmiyyət içində böyük nüfuza sahib əsl örnəkdir. Üstəlik, Azərbaycan qadınlarının böyük əksəriyyəti Mehriban xanımı özlərinə örnək alırlar”. 

Millət vəkili vurğulayıb ki, Mehriban Əliyeva Azərbaycanın Birinci xanımı olmaqla Prezident İlham Əliyevə çox böyük dəstəkdir:

“Çünki qadın çox böyük qüvvədir. Mehriban xanım Əliyevanın cənab Prezidentə dəstəyini hər zaman hiss etmişik. İşğaldan azad olunan səfərlərdə də daima dövlətimizin başçısını müşayiət edib. Mehriban xanımın cənab İlham Əliyevlə Qarabağın yollarında çəkdiyi çox səmimi videolar da xalqımıza əlavə bir ruh yüksəkliyi verib”.

Arzuxan Əlizadə diqqətə çatdırıb ki, Mehriban Əliyeva həmişə hər kəsə qayğı ilə yanaşır:

“O, çox çətin problemləri və xəstəliyi olan insanlara yardım edir. Əlacsız olan insanların hər biri Mehriban xanıma və onun rəhbərlik etdiyi Heydər Əliyev Fonduna müraciət edirlər. Onun dəstəyi ilə şəfa tapanların sayı hər keçən gün artmaqdadır.

Bütün bunlara görə Mehriban xanım Əliyevaya xüsusi təşəkkür düşür. Bu özəl günündə onu bir daha təbrik edir, can sağlığı arzulayıram. Mehriban xanımın bir ömürboyu cənab Prezidentə, ailəsinə, xalqa və dövlətə dəstək olmasını arzu edirəm. Mehriban xanım əsl Azərbaycan xanımıdır”.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr