AZ

26 avqust BAKU TV nin ilk yayıma başladığı gündür

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

2019-cu ilin məhz bu günündə Global Media Group-a daxil olan BAKU TV internet televiziyası kimi yayıma başlayaraq media məkanına fərqli yanaşma gətirdi.

Qısa zamanda ardıcıl inkişaf strategiyası ilə kanal bir çox uğurlar əldə edib:

2022-ci ildə Platforma yayımçısı statusu aldı;

2023-cü ildə isə peyk üzərindən yayıma start verərək Azərbaycanın səsini Avropa və Asiyaya çatdırdı;

2025-ci ildən etibarən isə televiziya auditoriyasının ölçülməsi sisteminə qoşularaq yüksək reytinqi ilə mövqeyini qoruyur.

Bu gün BAKU TV artıq hər yerdə izlənilə bilən, obyektiv və operativ xəbərləri ilə tamaşaçının etibarını qazanmış bir televiziya kanalıdır.

BAKU.WS olaraq, dəyərli Baku TV-ni bu uğurlu yolda göstərdiyi təşəbbüslərə görə təbrik edir, yeni layihələrində uğurlar arzulayırıq

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
baku.ws

2Mənbələr