AZ

Orban: “Zelenskinin hədələri cavabsız qalmayacaq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Budapeştə ünvanladığı hədələr cavabsız qalmayacaq.

Orbanın sözlərinə görə, Zelenski açıq şəkildə Macarıstana hədə-qorxu gəlib və "Drujba" neft kəmərinə zərbələrin endirilməsini Budapeştin Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməməsi ilə əlaqələndirib.

"Bu, o deməkdir ki, macarlar düzgün qərar veriblər. Zelenskinin sözləri uzunmüddətli nəticələr doğuracaq. Aİ-yə şantaj, bombardman və hədələrlə daxil olmaq mümkün deyil", - deyə Orban vurğulayıb.

Xatırladaq ki, 24 avqustda Zelenski "Drujba" neft kəmərinin mövcudluğunun Macarıstanın mövqeyindən asılı olduğunu bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
olaylar.az

1Mənbələr