AZ

“Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi” - Video

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə ana ilə oğlu - Nazlı Paşayeva və Orxan Paşayev bıçaqlanıb, ailənin gəlini Aygün Məmmədova saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, A.Məmmədovanın anası İlhamə Abdullayeva ATV-yə bildirib ki, qızı atasını müdafiə etmək məqsədilə bu addımı atıb.

“Qızım gördü ki, atasını öldürür, getdi evdən bıçağı gətirdi. Orxanın ayağından, ya hansı nahiyəsindən dəyib bilmirəm. Birdə gördüm ki, Nazlı gəldi, qızımın yaxasından yapışıb geri çəkmək istəyəndə Nazlı özü də yerə yıxıldı, qızım da onun üstünə yıxıldı. Həmin vaxt da bıçaq onun qolunu kəsdi”,- İ.Abdullayeva bildirib.

Seçilən
48
7
qafqazinfo.az

8Mənbələr