AZ

“Gəncə KOB evi”nin tikintisinin davam etdirilməsinə 2,5 milyon manat xərclənəcək

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Gəncə KOB evi”nin tikintisinin davam etdirilməsinə 2,529 milyon manat xərcləyəcək...

Poliqon bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı Agentliyin elan etdiyi açıq tenderin qalibi "Aznof" MMC olub.

“Gəncə KOB evi" 2 183 kv.m. sahədə yerləşəcək, 2 mərtəbədən və zirzəmidən ibarət olacaq.

Burada 70 xidmət masası qurlaşdırılacaq və Gəncə-Daşkəsən iqtisadi rayonundan olan sahibkarlıq subyektlərinə İqtisadiyyat Nazirliyi və onun qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC, Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərişıq" ASC və s. 150-yə yaxın dövlət-biznes (G2B) xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar isə 100-ə qədər zəruri biznes-biznes (B2B) xidmətləri göstərəcək.

Poliqon.info

Seçilən
53
3
poliqon.info

4Mənbələr