AZ

Sanksiyalar Şimali Koreyanın nüvə proqramına mane ola bilməyib

Cənubi Koreya prezidenti Pxenyanın illik 20-ə qədər nüvə başlığı istehsal edə biləcəyini bildirib...

Poliqon xəbər verir ki, Cənubi Koreya prezidenti Li Çje Myon ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə görüşdən sonra verdiyi açıqlamada bildirib ki, beynəlxalq sanksiyalara baxmayaraq, KXDR nüvə və raket proqramını inkişaf etdirməkdə davam edir. Onun sözlərinə görə, Şimali Koreya artıq “qitələrarası ballistik raket” hazırlamağa yaxındır və hər il “10-dan 20-yə qədər nüvə başlığı” istehsal edə bilmək imkanına sahibdir.

Bununla belə, Li Çje Myon vurğulayıb ki, Pxenyan və Seul arasında aparılan yaxınlaşma siyasəti “öz nəticəsini göstərir”.

Qeyd edək ki, Cənubi Koreya lideri 25 avqustda Ağ Evə rəsmi səfər edib. Bu, onun iyunun əvvəlində prezident vəzifəsinə başlamasından sonra ABŞ-a ilk rəsmi səfəri olub.

Poliqon.info

Seçilən
28
24
poliqon.info

10Mənbələr