İspaniya La liqasında 2-ci tura yekun vurulub.
Operativ Media xəbər verir ki, "Sevilya" doğma meydanda "Xetafe"ni qonaq edib.
Matç qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sevilya” ikinci məğlubiyyətini alıb və növbəti mərhələdə “Jirona” ilə avqustun 30-da səfərdə oynayacaq. “Xetafe”nin iki qələbəsi var və üçüncü turda avqustun 29-da səfərdə “Valensiya” ilə qarşılaşacaq.