AZ

Premyer Liqa: “Liverpul” da ardıcıl 2-ci qələbəsini qazandı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Nyukasl” son çempion “Liverpul”u qəbul edib. “Qırmızılar” beş qolun qeydə alındığı bu oyunda çətin səfər qələbəsinə seviniblər.

Beləliklə, iki turdan sonra “Arsenal”, “Tottenhem” və “Liverpul” maksimum nəticə ilə (6 xal) irəliləyirlər. “Çelsi” və “Nottingem Forest” isə 4 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
2-ci tur

22 avqust

Vest Hem – Çelsi 1:5
Qollar: L.Paketa, 6 – J.Pedro, 25. Neto, 23. E.Fernandes, 34. Kaysedo, 54. Çaloba, 58.

23 avqust

Mançester Siti – Tottenhem 0:2
Qollar: B.Conson, 35. Palinya, 45+2.

Bornmut – Vulverhempton 1:0
Qol: Tavernye, 4.

Brentford – Aston Villa 1:0
Qol: Uattara, 12.

Börnli – Sanderlend 2:0
Qollar: Kulyen, 47. Antoni, 88.

Arsenal – Lids 5:0
Qollar: Timber, 34; 56. Saka, 45+1. Dyökereş, 48; 90+5-pen.

24 avqust

Kristal Pelas – Nottingem Forest 1:1
Qollar: Sarr, 37 – Hadson-Odoi, 57.

Everton – Brayton 2:0
Qollar: Ndiaye, 23. Qarner, 52.

Fulhem – Mançester Yunayted 1:1
Qollar: Smit Rou, 73 – R.Munis, 58-öz qapısına.

25 avqust

Nyukasl – Liverpul 2:3
Qollar: B.Gimaraynş, 57. Osula, 88 – Qravenberx, 35. Ekitike, 46. Nqumoa, 90+10.

Seçilən
9
2
arena.az

8Mənbələr