AZ

Türkiyəli məşhur müğənni arıqlayıb TANINMAZ HALA düşdü FOTO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Tanınmış müğənni Zara (Neşə Zara Yılmaz) son vaxtlar verdiyi kilolarla gündəmə gəlib. 49 yaşlı sənətçi fit görünüşü və dəyişən səhnə tərzi ilə tamaşaçıların maraq dairəsinə düşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  uşaqlıq illərində "Neşecik" adı ilə musiqi fəaliyyətinə başlayan, 20 yaşından isə "Zara" kimi albomlar təqdim edən ifaçı artıq çəkidən qurtulmasının sirlərini açıqlayıb.

Zara bildirib: "Mənim etdiyim pəhriz tibbi dieta sayılır. Burada əzələ deyil, yağ azalır. Faydalı yağlardan istifadə etmək, su-duz balansını qorumaq və gənclik enerjisini yenidən qazanmaq vacibdir".

Müğənninin sözlərinə görə, o, gündəlik həyatında D vitamini və balqabaq tumu yağı qəbul edir, yeməklərdə kiçik porsiyalara üstünlük verir, mayeni yeməklə birlikdə deyil, ayrı içir və gün batandan sonra qida qəbul etmir. O həmçinin həftədə üç dəfə idman edir, tez-tez gəzintiyə çıxır və stressdən uzaq qalmağa çalışır:

"Haqlı olmaq deyil, xoşbəxt qalmaq önəmlidir. Stressdən uzaq durun, sevdiyiniz işlə məşğul olun. Mən necə arıqlamayım ki?" - deyə müğənni vurğulayıb.

Zara səhər yeməyini də izləyiciləri ilə bölüşərək, "Hər kəsə şəfa olsun. Motivasiya istəyənlər üçün səhər yeməyim budur. Qızlar, yeyin" mesajını yazıb.

Hazırda müğənni düzgün qidalanma və idmanla fit görünüşünü qorumaqda davam edir.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
19
news.milli.az

10Mənbələr