ABŞ-nin Arkanzas Universitetində kitabxanada atışma baş verib.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə universitetin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yer alıb.
“Atəş səsləri barədə məlumat gəldiyindən Mallinz kitabxanasının ərazisindən qaçın”, – məlumatda deyilir.
Digər təfərrüatlar hələlik məlum deyil.