AZ

Hamburq limanında partlayış oldu - Xəsarət alanlar var

Almaniyanın Hamburq limanı yaxınlığındakı anbarda güclü yanğın baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Feddel rayonundakı fövqəladə vəziyyət zonasında partlayış səsləri eşidilib.

İlkin məlumata görə, əvvəlcə avtomobillər yanıb, daha sonra yanğın qaz balonlarına keçib və partlayış baş verib. Hadisə nəticəsində xəsarət alanlar var. Yaralıların sayı hələlik açıqlanmayıb.

Magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əsas dəmiryol stansiyası ilə Harburq rayonu arasında qatarların hərəkəti dayandırılıb.

Seçilən
37
publika.az

1Mənbələr