AZ

ADSEA-da Zaur Mikayılovla qudalarının hökmü: xaotik vəziyyət, yanlış kadr siyasəti, saxta diplomlar, bərbad idarəçilik və... - VİDEO

Ölkədə son dörd ildə içməli su problemi, habelə ölkə boyunca suvarma (meliorasiya) sistemlərində böhran ifrat həddə çatıb.  Bu yay Bakı və bölgələrdə əksər vətəndaşlar içməli suya həsrət qaldılar. Habelə, bölgələrdə əksər kəndlilər, kiçik fermerlər normal şəkildə suvarma suyu əldə bilmirlər, nəticədə  10 min hektarlarla əkin, bağ sahələri məhv olub və olmaqda davam edir. Həmçinin, heyvandarlıqla məşğul olan çox sayda kəndli mal-qaraya doyunca su verə bilmir.

İndi isə keçək bu biabırçılıqların səbəblərinə...

Əməkdaşımıza su sistemində 30 ildən artıq çalışmış bir mühəndis acınacaqlı durumun əsl səbəkarlarını və səbəblərini danışıb. 
 
Bütün bu fəlakət kimi durumun baiskarları ADSEA-nı ailə-quda podratına çevirən Zaur Mikayılov (sədr),  Fuad Quliyev (aparat rəhbəri) və Əsəd Şirinov (rəsmi müşavir, amma faktiki baş cuvar Z.Mikayılovun xeyir-duası ilə ADSEA-da qeyri-rəsmi üçüncü səlahiyyətli şəxsdir) triosunun yarıtmaz, qaranlıq, fərdi maraqlarına hesablanmış idarəçiliyidir. 

Z.Mikayılovun qarşısında qoyulan tələb su, kanalizasiya sistemini səhmana salmaq, korrupsiyanın qarşısını almaq idi. Lakin əksi baş verdi və verməkdə davam edir. Nəticədə bütün sistem iflic vəziyyətindədir. Əsas səbəb bacarıqsızlıqdır, fərdi maraqlarını təmin etməkdir.  

Bu kontekstdə su istismar qaydalarını bilən kadrların da kütləvi şəkildə işdən çıxarılması və üç qudanın bu vəzifələrə naşı qohum-dost-tanışlarını yığmalarıdır. Onların su sistemindən anlayışı, bacarığı, təcrübəsi belə yoxdur...

ADSEA rəhbərliyinin belə bir uydurması da var ki, guya paytaxta su qəfildən yoxa çıxıb, ona görə durum belədir. Amma məsələ qətiyyən elə deyil. Hazırda ötən illərlə müqayisədə həm Kürdən, həm Oğuz-Qəbələ-Bakı kəmərindən, həm Şollar xəttindən kifayət qədər axın var, Ceyranbatan su anbarında və digər su mənbələrində kifayət qədər su mövcuddur. 

İkinci uydurmaları odur ki, rayonlardan Bakıya axın var, paytaxtda su ona görə çatışmır. Elə isə bəs boşalmış(?) rayonlarda niyə su yoxdur? Əksər rayonlarda su böhranı Bakıdan ciddidir. Rayonlarda da su tapılmır.

Üstəlik, son 1 ildə Bakıdan 40 minə yaxın əhali Qarabağa köçürülüb. Bundan başqa, bəyənmədiyimiz Qorxmaz Hüseynovun dövründə Bakıda su problemi bundan 50 faiz az idi. Bəs son 4 ildə  bu qudalar dövlətin su sistemini yaxşılaşdırmaq üçün ayırdığı 100 milyonları neyləyib? Hanı nəticə? Fakt odur su, kanalizasiya sistemi çökür. 

Birincisi, ADSEA-da xaotik idarəçilikdir, qudalar öz maraqlarımı önə çəkiblər, istismarı idarə edə bilmirlər və əhalinin dərdi də onları elə də maraqlandırmır. Su sistemini yaxşılaşdırmaq adı ilə görülən işlər də keyfiyyətsiz, plansızdır və korporativ maraqlarını təmin edirlər.Bir tərəfdən də əhalidən işlətmədikləri suyun pullarını tələb edirlər. Buna dair yüzlərlə şikayət var sosial şəbəkələrdə.  

Hazırda Zaur Mikayılov faktiki olaraq ADSEA-da idarəetməni əziz qudası Fuad Quliyevin tam ixtiyarına verib. O da aləmi bir-birinə qatıb, öz biznesini çiçəkləndirir. Vaxtı ilə dövlət satınalmaları sektorunda, paralel olaraq biznes sahəsində çalışan Fuad Quliyev hazırda ADSEA-nım tenderləri hesabına biznesini böyüdür.

Biznes ortaqları ilə birlikdə faktiki onun" kontrol"unda olan "PDL MMC"-yə və digər şirkətlərə melorasiya və su, kanalizasiya sistemi üzrə işlərdə tenderlər vasitəsilə böyük pullar ötürür. 

Onun təkcə yeni qurulan Mingəçevir-Hacıqabul kanalının tikintisində həyata  keçirdiyi proseslər hüquq-mühafizə orqanlarının araşdırmasına təqdim olunsa, dəhşətli yeyinti faktları ortaya qoyular. 
Bu işləri tənzimləməkdə digər quda Əsəd Şirinov əsas "menecerdir".

Dəqiqləşdirməmiz zamanı bir fakt da üzə çıxıb: Fuad Quliyev saxta diplomlar satan ABU-nun "məzunu"dur.

İddiaya görə, onun diplomu saxtadır və Təhsil Nazirliyinin bazasında mövcud deyil (bu məsələni də ayrıca işləyəcəyik).

Yeri gəlmişkən, şok edən bir faktı da qeyd edək: ADSEA-da qudaların sayı artıq dördə çatıb! Fuad Quliyev yeni qohum olduqları bir şəxsə də kommunikasiya sektorunda mühüm vəzifə verib. Həmin əməkdaşın kimliyini bilsək də, hələlik müəyyən səbəblərdən yazmırıq. 

Təsəvvür edin, ADSEA-nı bu adamlar tamamən quda-ailə agentliyinə çeviriblər. 

Vaxt vardı ölkədə iki ayrı-ayrı sahənin rəhbər şəxsi - sabiq nazirlər Ziya Məmmədovla Heydər Əsədov quda olduqlarına görə media, siyasətçilər onları yıxıb-sürüyürdü. Nəhayət işdən çıxarıldılar.  İndi isə nazirlik statuslu ADSEA-nı 3 quda və ətraflarındakı qohum, dostları ilə idarə edir, susqunluqdur. Niyə? Bir qurumu 3 quda, üstəgəl ailə üzvləri idarə edəndə nəticə belə də olmalı idi... Bir müddət əvvəl mediada bu məsələ yazılanda dövləti, vətəndaşları aldatmaq üçün Əsəd Şirinovun guya işdən azad edildiyini bildirdilər. Ancaq bu tam yalandır. 
Bu yaxınlarda, iyul ayında çəkilmiş fotoya diqqət edin: Ortada Zaur Mikayılov, sağında lap solda Fuad Quliyev, solunda lap axırda Əsəd Şirinov addımlayırlar... 

Onu da qeyd edək ki, son 3 ildə xüsusən Fuad Quliyev üzünü mediadan gizlətməyə, ümumi şəkillərdə künc-bucaqda yer almağa çalışıb...O, üstəlik daha bir ailə üzvlərinə vəzifə verib. Beləcə, ölkənin ən strateji sahəsini batırırlar. 

Böyük sosial şəbəkə səhifələrində su ilə bağlı şikayət, reportajlar olanda şərh yerinə ADSEA-nın trolları gəlib belə şərhlər atırlar ki, Bakıda su olmamasının səbəbi guya hörmətli Emin Ağalarovun möhtəşəm See Braze layihəsinə görədir. Guya suyu məcbur ora verirlər, əhali susuz qalır. Hansı ki, şəhərdən ora su getmir. Kompleksin özünün böyük artezianları da var. 

İkincisi, Lökbatanda, Yasamalda, Sumqayıtda, Xırdalanda və s. su olmamasının See Braze-yə nə aiduyyəti ola bilər?! Sadəcə, belə bir uydurma ilə özlərinin günahını, yarıtmazlığını ört-basdır etməyə çalışırlar, eyni zamanda bununla əhalidə qıcıq yaratmağa səbəb olurlar. Təsəvvür edirsiniz bunlar öz maraqları naminə nələr edir, hansı oyunlar qurur?!..

Xaotik idarəçilik, tender oyunlarına, istismarı naşılar idarə etdiyinə görə su və suvarma sistemində daha böyük fəsadlar yaşanacağı da qaçılmazdır(Mənbə: https://sitat.info/news/62423/qudalar-agentliyi-su-sistemini-nece-cokdurur?fbclid=IwY2xjawMY-JBleHRuA2FlbQIxMABicmlkETFpZ3dmajV0bDltWklaVXk0AR6mUbmqpKp4DrFG415q0oKlWGT3zR57ibTrQU7A5MIDy38RqunBuA6kwrm9nQ_aem_B5awEwlJttc4UzoQAziWVA

Adları çəkilən şəxslərin mövqeyimi yayınlamağa hazırıq.

Mənbə:https://nocomment.az/qudalar-agentliyi-su-sistemini-nece-cokdurur-sok-faktlar-daha-bir-aile-uzvune-de-vezife-verdiler/

Seçilən
18
8
mia.az

10Mənbələr