AZ

İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb

İsrail Hərbi Hava Qüvvələrinin Husi üsyançılarının Sənadakı bazalarına hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb...

“Report” xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sənada "Xəziz" elektrik stansiyasına və yanacaqdoldurma məntəqəsinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 92 nəfər yaralanıb. Zərərçəkənlərdən 21-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, daha əvvəl 4 nəfərin öldüyü, 67 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, İsrail avqustun 24-də Sənada enerji obyektlərinə silsilə hava zərbələri endirib. "Yəmən Petroleum" yanacaqdoldurma məntəqəsi və "Xəziz" elektrik stansiyası atəşə tutulub.

Poliqon.info

Seçilən
42
7
poliqon.info

10Mənbələr