AZ

Tramp: ABŞ Rusiya və Çinlə nüvə silahlarının azaldılmasını müzakirə edir

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə nüvə silahlarının sayının məhdudlaşdırılması məsələlərinin müzakirə edildiyini bildirib və Vaşinqtonun Pekini bu prosesə cəlb etməyi planlaşdırdığını qeyd edib.

“Report” xəbər verir ki, bu barədə o, jurnalistlərə Oval kabinetdə məlumat verib.

Tramp ABŞ-nin ən böyük arsenala sahib olduğunu, Rusiyanın ikinci, Çinin isə üçüncü olduğunu vurğulayıb.

“Biz nüvə silahlarını (sayını - red.) məhdudlaşdırmaq istəyirik. Onlar həddən artıq gücü təmsil edir”, - o əlavə edib.

Seçilən
50
4
report.az

5Mənbələr